Komissiya: Qulluq şəraiti həyat üçün təhlükəli olan dövlət orqanları və dövlət qulluğu vəzifələrinin siyahısı 11 il əvvəl təsdiq olunub

18:32 7 Aprel 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 18:26 ]


Bakı. Fərid Mirzəyev – APA. ““Dövlət qulluğu haqqında” Qanunun ikinci maddəsinin ikinci hissəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısını Nazirlər Kabineti təsdiq edib”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov deyib.

 

Hüquq sektorunun müdiri bildirib ki, qulluq şəraiti həyat üçün təhlükəli olan dövlət orqanlarının siyahısı Nazirlər Kabineti tərəfindən ölkə başçısının müvafiq fərmanına uyğun olaraq müəyyən edilib: “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi “Dövlət qulluğu haqqında” Qanununun 22.4-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Həmin maddəyə uyğun olaraq da bununla bağlı xüsusi qanun qəbul olunub. Həmin qanun da qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalı müəyyən edir”.

 

V. Əsgərov Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə eyni münasibətləri tənzimləyən qərarın qəbul edildiyini də qeyd edib: “Bu qərarda eyni zamanda “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” müəyyən edilib və həmin siyahıda da müvafiq vəzifələr nəzərdə tutulub”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR