Cocuq Mərcanlıda 2 ədəd partlamamış hərbi sursat tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 29 300 kv.m (2.93 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 36 800 kv.m (3.68 ha)), 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüşdür.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Metbuat.az-a verilən məlumata görə, ƏƏməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

6 gün ərzində 5 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 104 800 kv.m (10.48 ha) ərazi tam təmizlənib, 32 400 kv.m (3.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 137 200 kv.m (13.72 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR