Nyu-Yorkda "Şükran paradı" öncəsi

Terror aktlarından sonra Nyu-Yorkda keçiriləcək "Macy's Şükran paradı" öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

Metbuat.az-ın məlumatına görə, şəhərin meri ilin ən böyük açıq hava mərasiminə yüzlərlə polisin cəlb ediləcəyini bildirib. Hər bir küçədə polis işçiləri keşik çəkəcək.Bundan əlavə zəbitlər hücum silahları və daşınan radiasiya detektorları ilə kütlə arasında gəzəcək. Damlar, pəncərələr və eyvanlar snayperlərin müşahidəsi altında olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR