Türkiyənin neft idxalı artıb

Türkiyənin xam neft idxalı 23,2 faiz artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin dizel idxalı sentyabrda 9,9 faiz artaraq 1 milyon 129 min ton, xam neft idxalı isə 23,2 faiz çoxalaraq 2 milyon 358 min tona yüksəlib.

Sentyabr ayında aviasiya yanacağının idxalı keçən ilin eyni ayına görə 87,9 faiz artaraq 18 min ton olub. Beləliklə də, dizel və xam neft idxalının artması ilə əlaqədar Türkiyənin ümumi neft idxalı sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 19,2 faiz artaraq 3 milyon 788 min ton təşkil edib.

Həmin ay ən böyük həcmdə xam neft idxalı İrandan - 1 milyon 229 min ton həyata keçirilib. Bu ölkəni 429 min tonla İraq və 358 min tonla Rusiya izləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR