​BMT Yəmənlə bağlı

BMT-nin YUNİSEF uşaq təşkilatı növbəti dəfə Yəmənlə bağlı həyəcan təbili çalıb.

Metbuat.az-ın məlumatına görə, qurumun Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndiricisi Hayrat Kalabarinin sözlərinə görə, hazırda Yəməndə 2 milyona qədər uşaq və yeniyetmə aclıqdan əziyyət çəkir.

Ümumilikdə isə 11 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyacı var. Bu isə Yəmən əhalisinin 40 faizi deməkdir. Dünya ictimaiyyətini Yəmənə təcili kömək etməyə çağıran Kalabari, əks halda, son 10 illər ərzində bəşəriyyətin ən dəhşətli humanitar faciəsinin yaşanacağını qeyd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR