İsa peyğəmbər haqqında daha bir şok iddia

İsa peyğəmbər haqqında daha bir şok iddia
07:41 8 Aprel 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

İsrailli alimlərdən biri uzun araşdırmalardan sonra İsa peyğəmbərin oğlu olmasına dair iddialar irəli sürüb.

ANS PRESS-in məlumatına görə, israilli geoloq Are Şimron İsa peyğəmbərin evləndiyini, hətta bir oğlu olduğunu və ailəsi ilə birlikdə Qüdsdə basdırıldığını sübut edə biləcəyini bildirib. Bu barədə “Focus” dərgisi xəbər yayıb.

İsraillil elm adamı İsa peyğəmbərin Qüdsdəki Talpiot ailə qəbristanlığında basdırıldını bəyan edərək, həttan bu iddianı bir sıra adamlara sübut etdiyini də dilə gətirib.

Onun sözlərinə görə, qəbristanlıqda İsa peyğəmbərlə yanaşı, Məryəm ana və oğlu Yahuda da basdırılıb. “Yakobus-Ossuar” adlanan sümük qutusu 13 il əvvəl tapılsa da bunun saxta olub olmadığı sübut edilə bilməmişdi.

Tapılan sümük qutularından birinin üzərində “İsanın qardaşı, Yusifin oğlu Yaqub” və digərində isə “İsanın oğlu yahuda” yazılmışdı. Şimron bu iş üzərində çalışaraq yakobus sümük qutusundan aldığı sümük nümunələri ilə Talpiot qəbristanlığından çıxardığı nümunələri müqayisə edib və onların eyni olduğundan əminliyini bildirib.

Xatırladaq ki, İsa peyğəmbərin ailə qəbri 1980-ci ildə üzə çıxarılıb və indiyədək saxta olub-olmadığı sübut edilməmişdi.

Bundan başqa, ötən il ABŞ-ın Massaçusets, Kolumbiya və Harvard universitetləri araşdırma nəticəsində İsa peyğəmbərin evləndiyini bəyan etmişdi.

İsa peyğəmbər haqqında həqiqət: “O da evlənib” (FOTO)
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR