Bu gün müğənni Könül Kərimovanın qızının toy günüdür.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, ifaçının qızı Ləman Orxan adlı bəylə evlənib. Bakı restoranlarının birində baş tutan toyda bir çox sənət adamları iştirak edib. Həmin sənət adamları arasında xalq artisti Könül Xasıyeva da olub.

O, mətbuata açıqlamasında adaşının onu toya çağırmamasından gileylənib:

"Məni toya dəvət etməmişdi. Yəqin qıymayıb. Amma o mənim sənət yoldaşımdır. Yazılan xəbərlərdə qızının evləndiyini eşitdim. Elə həmin an da gəlib iştirak etdim".

Könül Kərimovanın qızının toyundan VİDEO

Qeyd edək ki, xalq artisti məclisdə muğam da oxuyub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könül Kərimovanın qızının toyundan VİDEOKönül Kərimovanın qızının toyundan

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində