Çin, Şimali Koreyanın raket sınağından narahatdır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şinq, paytaxt Pekində keçirdiyi mətbuat konfransında Şimali Koreyanın keçirdiyi növbəti ballistik raket slnağı ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, XİN sözçüsü bildirib ki, Pxenyanın həyata keçirdiyi raket sınağından narahatdılar və buna qarşıdılar. Ginq Şinq, Şimali Koreyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb: “Koreya yarımadasında gərginliyi artıracaq hərəkətlərdən uzaq olmaz lazımdır. Bölgədəki sülh və sabitliyin qorunması üçün hər kəsin ehtiyatla davranacağına ümid edirik”.

Qeyd edək ki, Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. Raket yerli vaxtla noyabrın 29-da səhər saatlarında Pxenson şəhərinin Pxenan-Namdo əyalətindən şərq istiqamətində buraxılıb. Hərbçilərin məlumatına görə, raket Yapon dənizi istiqamətində uçub. Sözügedən raketin 4475 metr yüksəklikdə, 950 kilometr məsafəyə çatdığı deyilir.

Günay Elşadqızı / METBUAT.AZ

FOTOLAR az öncə gəldi, Kim əmri belə imzaladı... - Tramp hədələdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR