Rəşad: "Biz hətta 10:0 hesabıyla öndə olanda..."

Rəşad: "Biz hətta 10:0 hesabıyla öndə olanda..."
10:47 8 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az-a müsahibəsini təqdim edir.

- "Qəbələ" ardıcıl beş oyundur qalib gəlir. Bu uğurunuzun sirri nədədir?

- Tədricən öz oyunumuzu tapmağa başlamışıq. Ona görə də rəqiblərimiz üçün çətin olur. Roman Qriqorçuk bizdən hər oyunda maksimum çalışmağı tələb edir. Biz də onun tələb etdiyi kimi oynamağa çalışırıq.
 
- Amma siz daha çox oyunlara ehtiyat oyunçular skamyasında başlayırsınız. Niyə?

- Ayağımda və kürəyimdə ağrılar oldu. Həmin ağrılar səbəbindən 10 gün ümumiyyətlə məşq edə bilmədim. İndi isə əvvəlki formamı bərpa etməyə çalışıram.
 
- AZAL üzərində böyük hesablı qələbəyə nəyin sayəsində nail oldunuz?

- Qriqorçuk bizim hətta son saniyələrdə də hücum etməyimizi tələb edir. Hərdən məndə elə təəssürat yaranır ki, o, biz hətta 10:0 hesabıyla öndə olanda, sonuncu dəqiqə gedəndə də irəli getməyimizi istəyəcək. Yaxud da topu özümüzdə saxlamağımızı tapşıracaq. Biz bu üzdən heç bir oyunda arxayınlaşmırıq və qələbə qazanırıq.
 
- Amma son qələbədə psixoloji hazırlığın daha böyük rolunun olduğu hiss edilirdi...

- AZAL yaxşı komandadır. Onlar bunu cari mövsümdə bir neçə dəfə isbatlamışdılar. Elə biz də bu qələbəyə asanlıqla nail olmadıq.
 
- "Qəbələ"nin 4-cü yer uğrunda mübarizədə favorit olduğunu deyə bilərik?

- Zaman göstərəcək. Biz hələ "Simurq"la oynamalıyıq. Bu oyun bizim üçün çox vacibdir. Bu qarşılaşma çox şeyə aydınlıq gətirəcək.
 
- Siz AZAL üzərində darmadağını gözləyirdiniz?

- Düzünü desəm, yox. Amma biz ələ düşən şanslardan yaxşı yararlandıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR