Rusiyada "Xarici agent" olan KİV-lərə

Rusiya Dumasına "xarici agent" sayılan KİV-lərin cərimələndirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Metbuat.az-ın məlumatına görə, sənəd qanunu pozanları 5 milyon rubl (təxminən 85 000 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırmağı təklif edib.

Qanun layihəsinə görə, cərimələr həm "agent" sayılan media vasitəsinə qarşı, həm də həmin KİV-in təsis etdiyi hüquqi şəxsə qarşı tətbiq oluna bilər.

Qanun layihəsi Dumaya təqdim ediləndən 4 gün əvvəl Rusiya prezidenti xarici KİV-lərin "xarici agent" olduğunu təsdiq edən qanuna imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR