​ Avstraliya Senatı eynicinsli nikahla bağlı

Avstraliya eynicinsli nikahların qanuniləşdirilməsinə daha bir addım yaxınlaşıb.

Metbuat.az-ın məlumatına görə, senat eynicinsli nikahın qanun kimi qüvvəyə minməsi üçün lazımı dəyişikliklər bağlı qərar qəbul edib. Qanunun gələn həftə qüvvəyə minəcəyi ehtimal edilir. Qanun layihəsinin 7 dekabr tarixində Nümayəndələr Palatasında təsdiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, hökumət qanunun bu ayın sonuna qədər qüvvəyə minəcəyinə söz vermişdi. Beləliklə, Avstraliya eynicinsli nikahları qanuniləşdirən 26-cı ölkə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR