Bakıda və Kürdəmirdə ev yandı

Bu gün paytaxtda və Kürdəmirdə yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmirdə isə ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 124 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğıın söndürülüb.

Azərbaycanda sabiq deputat VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR