Hər il 1 milyon uşaq bu səbəbdən ölür

Unun zənginləşdirilməsi əhalinin sağlamlıq və məhsuldarlığının artırılması üçün səmərəli, sınanmış bir strategiyadır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) tərəfindən qidaların zənginləşdirilməsi mövzusuna həsr edilən dəyirmi masada məlumat verilib.

YUNİSEF nümayəndəsinin müavini Min Yuan bildirib ki, dəmir çatışmazlığı bu problemdən əziyyət çəkən bir uşağın məktəbdə məhsuldarlığına olduqca ciddi təsir göstərir ki, bu da son nəticədə, əhalinin məhsuldarlığına təsir edir. Ərzaq və qidalanma sistemlərində unun zənginləşdirilməsi kimi müvafiq dəyişikliklərin aparılması yolu ilə ana və uşağın optimal qida ilə təmin edilməsi yoxsulluğun nəsildən-nəslə keçməsinin aradan qaldırılmasında vacib bir rola malik ola bilər.

YUNİSEF-in açıqlamasında bildirilib ki, qidada vitamin və mineral çatışmazlığı insanları infeksiya və xəstəliklərə həssas vəziyyətə gətirir. Dünyada bu cür çatışmazlıq hər il 5 yaşından kiçik 1 milyon uşağın ölümünə və təqribən 50 000 gənc qadının hamiləlik və doğuş zamanı həyatını itirməsinə və ildə 200 000 ciddi anadangəlmə qüsurlara şərait yaradır.

Bir çox inkişaf etmiş ölkələrdə artıq uğurla sınaqdan keçirilmiş bir təcrübə olan unun dəmir və fol turşusu ilə zənginləşdirilməsi mikroqidalandırıcı çatışmazlığında ciddi şəkildə azalmaya kömək edib. Məsələn, ABŞ, Kanada və Çilidə ciddi anadangəlmə qüsurlar məcburi olaraq fol turşusu ilə zənginləşdirmənin tətbiqindən sonra beş il ərzində üçdə birdən çox azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR