YENİ QAYDA: Yas mərasimlərində yalnız çay olacaq

Ağdam rayonunda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması üçün yeni standartlar tətbiq edilib.

Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə keçirilib. Burada yas mərasimlərinin üç gün keçirilməsi və yalnız çay süfrəsinin açılması məqsədəuyğun hesab edilib, digər qida məhsullarının verilməsinə isə qadağa qoyulub (Report.az).

İlahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında Azərbaycanda keçirilən yas mərasimlərinə toxunub. Bidirib ki, Azərbaycanda yas verən insanların bəziləri adət-ənənələrə, bəziləri isə dini ədəb-ərkanlara riayət edirlər:

“Yəni, yas mərasimləri bir xətt üzərində hərəkət etmir, fərqlidir. Məclislərin bu cür olmasının dinimiz cəhətdən heç bir qəbahəti yoxdur. Məclislərin 3 gün müddətində olması, onun qənaətlə yola verilməsi pis bir şey deyil. İsrafa yol verməmək lazımdır. Amma ümumi götürəndə, ölünün yaxınlarının məclislərdə ehsan niyətinə süfrə açmasının heç bir qəbahəti yoxdur. Diqqət olunası tərəf israfa yol verməmək, şan-şöhrətdən qaçmaq, sadə dualarla, Quran ayələri ilə məclisi keçirmək tövsiyyə olunur.

Əvvəllər insanlar yas məclislərində daha çox dini söhbətlərə qulaq asmağa meyilli idilər. Dərvişlər dindən, vətəndən, atadan, anadan oxuduqları mədhə daha çox həvəsli idilər. İndi belə şeylərin keyfiyyəti azalıb. Mənəvi xidmətlər bir tərəfə qalır, maddi xidmətlər önə keçir. Bunun dəyişilməsini, məclislərimizin daha çox mənəvi atmosfera ilə zəngin görmək istərdim. Yəqin ki, zamanla olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qaradağda itkin düşən 28 yaşlı gəlin tapıldı – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR