Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi başlayıb. "Report"un məlumatına görə, tədbir Rusiyanın paytaxtı Moskvada Dövlət Kreml Sarayında keçirilir.
Aparıcılar ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnayadır. 4 səbətə bölünmüş 32 komanda püşk nəticəsində 8 qrupa bölünəcək.
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.