Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. Türkiyənin xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Kreml ÜAK-ın əvəzinə yeni təşkilatın yaradılmasına icazə verib. Vaşinqton Rusiyaya qarşı görünməmiş ölçüdə sanksiyaların tətbiqinə hazırlaşır. Şimali Koreyanın ballistik raket sınağı Koreya yarımadası ətrafındakı vəziyyəti gərginləşdirib. Vaşinqton Şimali Koreyanı məhv etməklə hədələyib. Rusiyanın Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxamağa hazırlaşır. Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendumlar keçirəcək.

Azərbaycan, Dağlıq Qarabağ

Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə regional əməkdaşlıq və regionda baş verən proseslər müzakirə edilib. Görüşün yekununda Bakı bəyannaməsi qəbul edilib.

Qarabağda MƏXFİ GÖRÜŞ, Rusiyadan apokalipsis XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Üç nazir Bakı Bəyannaməsi imzaladı - TAM MƏTN (YENİLƏNDİ)