Bu gün ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri tarixin ən böyük hərbi təlimlərinə başayır.

Publika.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata əsasən, 5 gün davam edəcək təlimlərdə 230-a yaxın təyyarə iştirak edəcək.

Hərbi təlim sınaqları "Vigilant ACE" adı altında baş tutacaq. Təyyarələrin sırasında Amerikanın 6 ədəd "F-22" gözəgörünməz qırıcılarının da olacağı bildirilib.

Cənubi Koreya Müdafiə Nazirliyi onu da qeyd edib ki, bu təlimin keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı birlikdə güclərini və bacarıqlarını nümayiş etdirməkdir.

Könül Cəfərli