"Barselona" "Napoli"nin müdafiəçisi Kalidu Kulibali ilə ciddi maraqlanır.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Barsa" Kulibalini Xavyer Maskeranonun yerinə transfer etməyi planlaşdırır. Maskerano bir neçə gün əvvəl verdiyi açıqlamada mövsümün sonunda komandanı tərk edəcəyini bildirmişdi.
Amma "Barselona" Kulibalini almaq üçün İngiltərə nəhəngləri "Çelsi", "Arsenal", "Mançester Siti" və "Liverpul"la mübarizə aparmalıdı.
26 yaşlı seneqallı futbolçunun transfer qiyməti 60 milyon avrodu. "Çelsi" artıq bu məbləği ödəməyə hazır olduğunu bildirib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində