Marşrut avtobusu iki qadını vuraraq öldürdü

Sumqayıt şəhərində marşrut avtobusu iki nəfəri vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 5-də saat 07:00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı 501 saylı xətt avtobusu ilə yolu keçən şəhər sakinləri Nüşabə Rzayevanı və Arzuyə Abdullayevanı vurub, nəticədə piyadalar hadisə yerində ölüblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Sakinlər qorxu içindədir, quyuların sayı 200 oldu - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR