Play Store

Baş nazirə qarşı sui-qəsdin qarşısı alındı - İngiltərə

İngiltərənin baş naziri Tereza Meyə qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə ingilis “SKY” televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, polis ötən həftə Londondakı Baş nazirlik ofisinin yerləşdiyi “Downing Street”də həyata keçirilməsi nəzərdə tutulan sui-qəsdin qarşısını alınıb. Təhlükəsizlik qüvvələri binanın qapısını bombalarla partladıb, Baş nazir Tereza Meyə hücum etməyi planlaşdırdığı iddia edilən iki nəfəri həbs edib.

20 yaşlı londonlu Naaimur Zakariyah Rəhman və 21 yaşlı birminqhamlı Mohammed Aqib İmran bu gün terrorçuluq ittihamı ilə məhkəməyə çıxarılacaq. “Downing Street”dən hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Böyük Britaniyanın milli kəşfiyyat təşkilatı Mİ5, oktyabrda verdiyi açıqlamada İngiltərənin son illərdəki ən güclü terror təhdidi altında olduğunu qeyd etmişdi. Bildirilib ki, İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatları qısa müddət ərzində kütləvi hücumlar təşkil edə bilər.

Günay Elşadqızı / METBUAT.AZ

“Trampın bu ideyası fəlakətdir” - İsveç XİN rəhbəri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR