Taksi xidmətindəki çatışmazlıqlar - Qanun nə deyir?

Xaricdə müştərilərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə taksi xidmətində çalışmaq istəyən sürücülərə şirkət tərəfindən xüsusi avtomobillər verilir. Bu avtomobillərə həm nəzarət olunur, həm də vaxtaşırı bütün texniki yoxlamalardan keçirilir. Ölkəmizdə isə avtomobili olan istənilən şəxs taksi şirkətlərinə müraciət edərək, bu xidmət növü ilə məşğul ola bilir.

Bu cür şəxsi avtomobillərin taksi xidmətinə cəlb edilməsi doğrudurmu?

Mövzu ilə bağlı Metbuat.az-a hüquqşunas Vüqar Səfərli münasibət bildirib:

“İlk olaraq qeyd etmək lazımdır ki, "Avtomobil Nəqliyyatı" haqqında Azərbaycan Respublikası Qanununa əsasən, bu fəaliyyət növləri ilə məşğul olan şəxslərin (hüquqi və fərdi) fəaliyyəti lisenziyalaşdırılır. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Ümumiləşdirsək, qanunvericiliyin tələbinə görə, şəxs öz şəxsi avtomobili ilə bu fəaliyyəti həyata keçirə bilər. Yetər ki, bu həmin şirkətlə bağlanan və qanunvericiliyin tələblərinə uyğun olan müqavilə və standartlar əsasında həyata keçirilsin”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Tövlədə özünü asan məktəblinin MƏKTUBU - Yazdıqları qan dondurur... – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR