Dolma UNESCO-nun siyahısına daxil edildi

Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə UNESCO-nun rəsmi Tvitter səhifəsində məlumat yayılıb. UNESCO-nun qiymətləndirici orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabr 6-da elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR