"Bitcoin" 15 min dolları keçdi - Rekord bahalaşma

“Bitcoin” 15 min dolları keçərək tarixi rekordunu qırıb.

Metbuat.az bildirir ki, virtual pul vahidi “Bitcoin” sürətlə yüksəlməyə davam edir. Son 24 saatda 13 min dollardan 14 min dollara yüksələn virtual valyuta bir necə saat öncə 15 min dolları keçib.

Bazar qiyməti 240 milyard dollara yaxınlaşan “Bitcoin” bu yüksəlişlə beynəlxalq dərman firması “Pfizer”, ABŞ-ın telekommunikasiya şirkətləri “AT&T” və “Verizon” kimi böyük firmaları geridə qoyub.

Xarici valyutaların manata qarşı məzənnələri – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR