Dünən "5/5" verilişinin qonağı bu yaxınlarda qızına səs-küylü toy edən xanım müğənni Könül Kərimova olub.
Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal Könül Kərimovaya suallar ünvanlayıb.
Aparıcı ilə xanım müğənninin dialoqunu təqdim edirik:
- Vaxtı ilə məşhur müğənnilərdən kimi evində saxlamısan?
- Məsələn, son illər yadımdadır ki, Damla bizdə qalıb. Hamı bilir ki, mən onu çox istəmişəm. Başqa yadımda deyil, qalan olmayıb.
- Ay Könül xanım, mənəm, Zaur. Tanıyırsan məni? Məni tanıyırsan, sənin yaddaşın silindi birdən-birə? Pisdir ki, o.
- Həqiqətən, yadımda deyil ha. Heç kim! Olsa deyərəm, burada nə var ki.
- Toydan yaxşı çıxdın, yoxsa yox? Kişi qızı kimi toydan nə qədər pul qaldı?
- Toya kimi o qədər pul xərcləmişdik ki. Toyda yığılanla da elə xərci-borcu ödədik. Qəpik-quruş qaldı. O toy mənə bu dəqiqə yuxu kimi gəlir.
- Olubmu ki, toya çağırdığın müğənnilərdən kimsə gəlmədi və onun üstündən xətt çəkdin?
- Yox. elə şey olmadı. Burada olmayan var idi, Brilliant xanım Bakıda deyildi toy günü.
- Qızına neçə minlik cehiz verdin? 50-60 minlik olar? Evi hədiyyə etmisən, bilirəm.
- Olar təxminən. Cehiz hələ də gedir yavaş-yavaş.
- Qızın köçəndən sonra evdə oturub, kövrəldin, ağladın?
- Qız getməyib hələ, bizdədir. Toy qurtarmır hələ. Oğlan toyu qalır, bu, qız toyu idi.
Məhəmməd Vaqif
Milli.Az