Ankarada etiraz aksiyaları başladı

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi Türkiyədə də böyük etirazla qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, ölkənin bütün şəhərində etiraz aksiyası keçirilir. Hazırda paytaxtı Ankarada da ABŞ səfirliyi qarşısında nümayiş başlayıb.

Əllərində Türkiyə və Fələstin bayraqlarını tutan nümayişçilər, İsrail və ABŞ əleyhinə şüarlar səsləndirirlər. Beynəlxalq xəbər agentlikləri “Reuters” və “AP” səfirliyin damından etiraz aksiyasını izləyən ABŞ əsgərlərinin fotolarını paylaşıb.

Hazırda səfirliyin yerləşdiyi əraziyə gedən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Günay Elşadqızı / METBUAT.AZ

“ABŞ-ın Türkiyə ilə münasibətləri pozula bilər” - Senatordan xəbərdarlıq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR