Şamaxı-İsmayıllı yolunda hərəkət

Şamaxı - İsmayıllı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa edilib.

Bu barədə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib.

Komissiya sədri qeyd edib ki, qarın yağması nəticəsində yolda müvəqqəti çətinlik yaranıb: "Yolun Basqal-Zərgəran kəndləri yaxınlığından keçən hissəsi buz bağlamışdı. Dərhal aidiyyəti briqadalar hadisə yerinə cəlb olundu, yol buz və qardan təmizləndi. Təkərləri qış mövsümünə hazır olmayan bəzi avtomobillər sürüşərək hərəkətə mane olurdu. Problem tam aradan qaldırılıb, yollara təkrar qum və duz qarışığı səpilib, hərəkət bərpa olunub". //Trend

Hər kəs baxır, hansı canlı olduğunu bilən yoxdur - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR