"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 50,9 mln. manat və ya 0,72% azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara tələbi 521,1 mln. manat və ya 6,94% azalıb.
Xatırladaq ki, bankların AMB qarşısında öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib.
Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin Azərbaycan hökumətinə keçməsi səbəbindən 3,85 mlrd. manata yaxın azalıb.