Qüds məsələsinə görə Türkiyəyə gedəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək.

Rusiya dövlət başçısı Qüds məsələsinə görə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Açıqlamada bildirilir ki, görüşdə Qüds məsələsi də daxil olmaqla, Suriyadakı vəziyyət, Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da seçki öncəsi platformasında verdiyi sözə görə, Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

Trampın qərarına qarşı dünyada etiraz dalğası - “Qəzəb cüməsi”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR