Zaqatalada 3 ton ot bağlaması yandı

Zaqatalada yanğın hadisəsi baş verib.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Zaqatala rayonu, Zəyəm kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

"Arsenal" səfərdə xal itirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR