Bakı metrosu:

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb. Hadisə "İçərişəhər" stansiyasında baş verib:

"Bildirilir ki, bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.

Sabirabadda iki mərtəbəli ev yandı - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR