YAP üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının nümayəndələri ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Metbuat.az-ın məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin yaratdığı və hazırda prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının hazırda 700 mindən çox üzvü var.

Xatırladaq ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

Uşaqların Beynəlxalq Televiziya və Radio Günüdür


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR