Rusiyada əcnəbi vətəndaşların ölkəyə girişi zamanı barmaq izlərinin toplanması planlaşdırılır

Rusiyada əcnəbi vətəndaşların ölkəyə girişi zamanı barmaq izlərinin toplanması planlaşdırılır
11:32 11 Dekabr 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi 2019-cu il iyulun 1-dən etibarən bir aydan çox müddətdə Rusiyaya gələn bütün əcnəbi vətəndaşlar üçün məcburi daktiloskopiya edilməsi (barmaq izi toplanması) və fotoşəkil çəkdirilməsini icbari qaydada tətbiq etməyi planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, nazirlikdən hazırda müvafiq qanun layihəsinin hazırlandığı bildirilib.
"Federal qanun layihəsi Rusiya Federasiyasına vizasız rejimlə gələn əcnəbi vətəndaşların müvəqqəti qalmasına, eləcə də Rusiya Federasiyasına girişinə məhdudiyyətlər qoyulmuş şəxslərin müəyyənləşdirilməsinə düzgün formada nəzarətin təmin edilməsi mexanizminin təkmilləşdirilməsinə yönəlib. Yeni prosedurun tətbiqinə 2019-cu il iyulun 1-dən başlanması planlaşdırılır", - DİN-nin məlumatında deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-ecnebi-vetendaslarin-olkeye-girisi-zamani-barmaq-izlerinin-toplanmasi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR