Sabiq prezidenti Almaniyada yumurta atəşinə tutuldu - VİDEO

Sabiq prezidenti Almaniyada yumurta atəşinə tutuldu - VİDEO
13:18 11 Dekabr 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada Qırğızıstanın sabiq prezidenti Əsgər Akayevə yumurtalar atılıb.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən istirahət günlərində, qırğız həmyerlilərlə görüşü zamanı baş verib.

Görüş “KyrgyzClub–Germany” ictimai təşkilatı tərəfindən təşkil edilmişdi. Lakin hər şey lap başdan təşkilatçıların planlaşdırıldığı kimi getməyib.

Qırğızıstan prezidentini “Akayev ket” (2005-ci il inqilabının şüarı, “Akayev get” – red.) şüarı ilə qarşılayan almaniyalı qırğızlar sabiq prezidentdən doğma dilində danışmasını tələb ediblər. Lakin Akayev bu tələbi yerinə yetirməyib.

“Əmr verməyin, siz Qırğızıstanda deyilsiniz. Bura demokratik Almaniyadır”, - sabiq prezident cavab verib.

Görüşün başa çatmasına imkan verməyən naməlum şəxslər Akayevi korrupsiyada ittiham edərək onun kürəyinə yumurtalar atıblar. Sabiq prezidentin yanında olan böyük qızı Bermet Akayeva yumurta atanları bir neçə dəfə əl çantası ilə vurub.

Qeyd edək ki, Əsgər Akayev 1990-2005-ci illərdə ölkə başçısı olub. “Zanbaq inqilabı”ndan sonra Moskvaya qaçıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR