“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 25 600 istehlakçıya xidmət edib

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 25 600 istehlakçıya xidmət edib
18:32 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin noyabr ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
“Report” İB-yə istinadən xəbər verir ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə, eləcə də 4 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 25 600 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-i-b-asan-xidmet-vasitesi-ile-25-600-istehlakciya-xidmet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR