Çempionlar Liqasının ilk maraqlı ismarışları - FOTOLAR

Çempionlar Liqasının ilk maraqlı ismarışları - FOTOLAR
18:48 11 Dekabr 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin yeganə təmsilçisi “Beşiktaş”la qarşılaşacaq Almaniyanın “Bayern Münhen” komandası rəqibinə ismarış göndərib.

Publika.az xəbər verir ki, alman komandası rəsmi tvitter hesabından “Salam, Beşiktaş” yazıb və Robert Levandovskinin olduğu bir video ilə yayın ən məşhur ifadələrindən olan “Come to Beşiktaş” paylaşımını edib.

Rəqibinin bu mesajına isə “Beşiktaş”dan cavab gecikməyib. Ağ-qaralar “Leypsiq”in ulduzu Timo Vernerin “Vodafone Park”da yaşadığı çətin anların fotolarını paylaşıb və “Bizi Vernerdən soruş” mesajını veriblər.

Qeyd edək ki, “Leypsiq” ÇL-in qrup mərhələsində “Beşiktaş”la qarşılaşan zaman Timo Verner azarkeşlərin uğultulu səslərinə dözə bilməmiş və meydançanı tərk etmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/223914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR