Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Misir yığmasının və "Liverpul"un hücumçusu Məhəmməd Salah hər kəsi qabaqlayıb.

O, BBC-nin saytında keçirilən azarkeşlərin səsverməsində Sadio Mane (Seneqal, "Liverpul"), Pyer-Emerik Obameyanq (Qabon , "Borussiya" Dortmund), Nabi Keyta (Qvineya, "Leyptsiq") və Viktor Mozesi (Nigeriya,"Çelsi") geridə qoyub.

Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 24 oyunda 19 qol vurub, 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin