Röya ilə Nigar arasında QALMAQAL: "Elə bil yasa gəlmişdi"

Röya ilə Nigar arasında QALMAQAL: "Elə bil yasa gəlmişdi"
10:19 12 Dekabr 2017
214 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxanla "Eurovison 2011"in qalibi Nigar Camal arasında anlaşılmazlıq yaşanıb. Lent.az-ın məlumatına görə, bu barədə Röya Ayxan sosal şəbəkədə yazıb. O bildirib ki, həmkarı ilə arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb:"Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Nigar Camal - red) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? "Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu?" deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (müğənni İradə İbrahimova - red.) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə". 

Röya mükafatlandırma gecəsində makiyajını özünün etməsi məsələsinə də toxunub. O, Anarla videosunu paylaşaraq yenidən Nigara söz atıb:

"Anar, utandın, gəldin yanıma? Olsun, biz bacarıqlıyıq. Sevinirəm ki, yenə də yanımdasan. Üç-dörd bacarıqlı dostum var. Amma ən lazımlı anda işləri çıxır. Ya da sənin kimi "podruqam"la gələrsən... O da elə bil yasa gəlmişdi".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR