​Bakı metrosunda HADİSƏ

Bakı metrosunda sərnişin stansiya yoluna yıxılıb.

Hadisə bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında qeydə alınıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, 1987-ci il təvəllüdlü Oktay Paşayev Nazim oğlu stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül” xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.

Yağışlı havalar geri qayıdır - Hava proqnozu – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR