Azərbaycanda banklararası kreditlər bahalaşır

Azərbaycanda banklararası kreditlər bahalaşır
13:47 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin oktyabr ayında da davam edib. 
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Manatla kreditlər üzrə orta faiz dərəcəsi oktyabrda daha 0,47 faiz bəndi azalaraq noyabrın 1-nə illik 7,94% təşkil edib. Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi isə 0,25 faiz bəndi artaraq 9,97%-dən 10,22%-ə yüksəlib. 
Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi 10,86%, xarici valyutada banklararası kreditlər üzrə isə 5,42% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-banklararasi-kreditler-bahalasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR