Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq

Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq
17:07 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 
Bu barədə “Report”a “Azəravtoyol” ASC-dən məlumat verilib.
Məlumata görə, məhdudlaşma asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır. 
"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarına qədər tətbiq ediləcək", - deyə məlumatda qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sabah-bakinin-azadliq-prospektinin-bir-hissesi-baglanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR