Hindistanın 5 hərbçisi qar uçqunundan sonra itkin düşüblər

Hindistanın 5 hərbçisi qar uçqunundan sonra itkin düşüblər
18:02 12 Dekabr 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Hindistanın 5 hərbçisi Cammu və Kəşmirdə qar uçqunundan sonra itkin düşüblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
İnformasiyaya görə, son günlər bölgədə fasiləsiz qar yağıb. Bu da dağlarda qar uçqununa səbəb olub. Nəticdə 3 hərbçi Cammu və Kəşmirin Qurez bölgəsində, iki isə Nauqamda itkin düşüb.
Hindistan Meteoroloji Departamentinin proqnozuna əsasən, Cammu və Kəşmirdə hələ bir neçə gün də qar yağacaq. Bu isə hərbçilərin axtarışını çətinləşdirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanin-5-herbcisi-qar-ucqunundan-sonra-itkin-dusubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR