300 İslam alimindən ABŞ-ı BOYKOT ÇAĞIRIŞI

300 İslam alimindən ABŞ-ı BOYKOT ÇAĞIRIŞI
23:53 12 Dekabr 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən İslamyönümlü təşkilatların üzvləri müsəlmanları ABŞ məhsullarını boykot etməyə çağırıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çağırışa 300 İslam alimi qoşulub. Alimlər müsəlmanları Amerika Birləşmiş Ştatları və İsrailin Qüdslə bağlı qərarını dəstəkləyən ölkələrə qarşı iqtisadi boykot silahından səmərəli şəkildə istifadəyə səsləyiblər.

ABŞ banklarında pulu olan şəxslər, təşkilat və hökumətlərə pullarını geri götürməyi tövsiyə ediblər.

Xaricdəki Alimlər Assosiasiyasının baş katibi Məhəmməd əl-Hacın sözlərinə görə, ərəb və müsəlman xalqların bu qərara qarşı oynadığı rolu ciddi qəbul etməyən ABŞ rəhbərliyini sürpriz gözləyir: “Boykotun ABŞ iqtisadiyyatını zəiflədəcəyi və ABŞ rəhbərliyi üzərində təzyiq göstərəcəyi açıq-aşkardır. Biz də bu məqsədlə xalqı boykotla bağlı məlumatlandırmağa çalışırıq”.

Dünya Müsəlman Alimlər Birliyinin üzvü Məhəmməd Hayr Musanın fikrincə, ABŞ tərəfindən son vaxtlar İslam dünyasına qarşı hücumlar intensivləşib: “ABŞ son qərarı ilə təkcə Qüdsü deyil, bütün müsəlmanları hədəf alıb”.

ABŞ məhsullarının boykot edilməsinin İsrail və Vaşinqtona qarşı istifadə edilə biləcək ən əhəmiyyətli silahlardan biri olduğuna diqqət çəkən Musa vurğulayıb ki, müsəlmanlar iqtisadi boykotun təsirini lazımınca qiymətləndirməlidir.

Təşkilatın başqa bir üzvü Əşrəf Devvabe dollarla alqı-satqı aparılmaması çağırışı ilə çıxış edib


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR