İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə iclası başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu gün ilk olaraq İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası təşkil olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin tədbirə qatılıb. Daha sonra isə üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

İlham Əliyev Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət edildi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR