Rusiya vətəndaşlarını təxliyyə etdi

Rusiya, Yəmənin paytaxtı Sənadakı səfirlik əməkdaşlarını və orada yaşayan vətəndaşlarını təxliyyə edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan “SPA”xəbər verib. Məlumatda bildirilir ki, Rusiya, Yəməndə əməliyyat keçirməyə hazırlaşan Səudiyyə Ərəbistanı rəhbərliyi altında koalisiya qüvvələri ilə koordinasiyalı şəkildə səfirlik əməkdaşlarını və vətəndaşlarını təxliyyə edib.

Rus təyyarəsinin vətəndaşlarını Səna hava limanından götürdüyü deyilir. Rusiya isə məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Günay Elşadqızı / METBUAT.AZ

“Şimali Koreya ilə danışıqlara başlamağa hazırıq” - Reks Tillerson


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR