“Sülh üçün çalışdığımız vaxt, bizə 100 ilin şilləsini vurdular”

Xəbər verdiyimiz kimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilir.

Metbuat.az-ın məlumatına görə, Fələstin lideri Mahmud Abbas toplantıda çıxış edib. O bildirib ki, Tramp, Qüdsü İsrailə hədiyyə kimi təqdim edir: “Bu dəfə ABŞ-la birgə hərəkət edənlər, onun yanında yer almadı. Dünyanın dörd tərəfindən olan dövlətlər, hətta Kanada, İngiltərə və Avstraliya belə Trampın yanında olmadı. Amerika Birləşmiş Ştatları bütün insanlığın vicdanına zərər verəcək qərar qəbul etdi. İşğal altında olan Fələstin dövlətini tanımaq üçün çalışmalıyıq”.

Mahmud Abbas bildirib ki, BMT qərarına görə, heç bir ölkənin səfirliyini Qüdsdə yerləşdirmək haqqı yoxdu: “Biz, ABŞ-ın birtərəfli qərarının etibarsız olduğunu ifadə edirik. Sülh üçün çalışdığımız vaxt, bizə 100 ilin şilləsini vurdular. Bu, beynəlxalq hüququn pozulmasıdır”.

Fələstin lideri bildirib ki, ABŞ artıq sülh prosesində (İsrail-Fələstin) vasitəçiliyini itirib: “ABŞ-ın vasitəçiliyinə heç vaxt icazə verməyəcəyik. Qüds Fələstin dövlətinin əbədi paytaxtı olaraq qalacaq. İsraili kim qoruyur? Beynəlxalq hüquqa baxmayaraq, İsrailin hücumlarını kim müdafiə edir? Yəhudilərin legitimliyi var, bizdə də var. İsrailin hökuməti, xalqı var, ancaq sərhədi yoxdur. Sərhədsiz dövlət necə tanınmalıdır? Mənə sərhədlərini göstərsinlər”.

Mahmud Abbas BMT-nin Qdslə bağlı qərarından da danışıb:

"Bütün qərarlarımızda dedik ki, Qüds qırmızı xəttimizdir. Qüds ilk qibləmizdir. Qüdsün qırmızı xətt olduğu məsələsində xristianlar da bizim kimi düşünür. Bizlər və xristianlar eyni gəmidə yer alırıq. Biz burada BMT qərarlarını hörmətlə qarşılayırıq. BMT-nin Fələstin problemini həll etmək üçün olan səylərini dəstəkləyirik, İsrailə qarşı müsəlman ölkələrə dəstəyini göstərib”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də həmin toplantıda iştirak edir.

Günay Elşadqızı / METBUAT.AZ

"Bu, sülh prosesini və ortaq yaşamaq fikrini yox etdi" - Mövlud Çavuşoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR