Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib
17:47 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadənb xəbər verir ki, hərraca 11 investor qiyməti 98,8472 manat (14,99%) – 99,2278 manat (10,01%) olan 14 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0443 manat (12,41%) müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 10 yanvar 2018-ci ildir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-herraca-cixardigi-notlarin-yarisini-sata-bilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR