Nazirlər Kabinetində ştat sayı artırılıb

Nazirlər Kabinetində ştat sayı artırılıb
18:09 13 Dekabr 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti aparatının strukturunda ştatların sayı artırılıb. 
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb. 
 
Nazirlər Kabinetinin 8 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə 200 ştat olub. Dəyişikliyə əsasən ştatların sayı 205-ə çatdırılıb. 
 
Yeni qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilsə də, baş nazirin birinci müavininə daha bir köməkçi və 4 yeni baş məsləhətçi ştatları ayrılıb, Nazirlər Kabinetinin Hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb. Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektorda da böyük məsləhətçilərin sayı artırılaraq 2 nəfərə çatdırılıb. Müraciətlərin və vətəndaşların qəbulu sektorunda da baş məsləhətçilərin sayı daha bir nəfər artırılaraq 2 nəfərə çatdırılıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR