Azərbaycan neftinin qiyməti yenə dəyişdi

Azərbaycan neftinin qiyməti yenə dəyişdi
00:23 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,35 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 65,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 62,48 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 12-də 64,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/224207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR