Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur

Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur
11:07 14 Dekabr 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.
“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.
Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd- 164.1.38-ci bəndi əlavə edilir.
Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/mulki-aviasiya-meqsedleri-ucun-idxal-edilen-ucus-aparatlari-vergiden-azad-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR