Oyunun birinci hissəsində meydan sahiblərinin fanat sektorunda dava düşüb. Polislər 10-dan çox azarkeşi tribunadan qaçış cığırına sifətində döyülmə əlamətləri ilə və qurşaqdan yuxarı çılpaq vəziyyətdə çıxarıb. Zərərçəkənlərin rəqib komanda sektoruna hücum edən "Srvena Zvezda" fanatarı, yoxsa "Partizan" fanat qruplaşmaları arasındakı dava qurbanları olduğu bilinmir.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.